Gündəm / Cəmiyyət
20 yanvar 2025
0
Ermənistandakı Rusiya hərbçiləri Azərbaycanla sərhədi tərk edirlər

Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndi ilə sərhəddə yerləşən Ermənistanın Voskepar kəndində yerləşən rusiyalı hərbçilər oradan çıxırlar.
Bu barəfə erməni jurnalist Voskan Sarkisyan bildirib.
“Artıq 4-5 gündür ki, ruslar Voskepardakı kazarmalarından texnikanı yığışdırırlar”, - o yazıb.
Erməni jurnlistin sözlərinə görə, 4-5 gündür ki, yük maşınları Voskepardan keçən dövlətlərarası avtomobil yolunun kənarında dayanır. Onlar sökülən rus kazarmalarının modullarını daşıyırlar. Voskepar sakinləri rusların bu modulları hara apardıqlarını bilmirlər, bəziləri Ararata, bəziləri Rusiyaya apardıqlarını düşünürlər.
Rusiya hərbçiləri Voskepara 2021-ci ilin avqustun əvvəlində gəliblər. Rus hərbçiləri əvvəlcə kəndin kənarındakı tərk edilmiş evlərdən birində yaşayıb, sonra yığma modullardan kazarmalar tikiblər.
“Güman edilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədin bu hissəsində sərhədin demarkasiyası işlərində iştirak etməli idilər, lakin onlar iştirak etməyiblər”, - jurnalst yazıb.
Voskepar hələ 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə Aşağı Əskipara kəndi arasında yerləşir.
Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib. Bunlar Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləridir ki, hər üç esklav hazırda Ermənistanın işğalı altındadır.

Daha çox xəbər:

Azərbaycan hərbçiləri tələb etdi: “Qondarma rejimin bayrağı endirilsin”
Gündəm / Cəmiyyət
Azərbaycan və Ermənistan sərhədçiləri sərhəddə xidmətə başlayır
Gündəm / Dünya
Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi
Gündəm / Dünya
Fransa Qarabağdan gedən erməni hərbçiləri təlim mərkəzinə toplayıb (FOTO)
Gündəm / Dünya
Rus hərbçiləri Ukraynada 455 uşağı qətlə yetiriblər
Gündəm / Dünya