Gündəm / Cəmiyyət
22 yanvar 2025
0
Səfir: Ukrayna və Azərbaycan regionda və dünyada ədalətli sülh, sabitlik və rifaha can atır
Ukrayna Azərbaycanın humanitar yardımını, həmçinin ərazi bütövlüyü və suverenliyi məsələlərində dəstəyini yüksək qiymətləndirir.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin Birlik Günü münasibətilə bəyanatında deyilir.
"Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini ardıcıl olaraq dəstəkləyən, həmçinin humanitar yardım göstərən Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk. Bu, azadlıq və müstəqilliyin həqiqi dəyərini bilən ölkələrimiz və xalqlarımız arasında həmrəyliyin mühüm təzahürüdür", - səfir qeyd edib.
Y.Qusev, həmçinin vurğulayıb ki, Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlər tarixi etimad və hörmətə əsaslanan əməkdaşlığın nümunəsidir: "1918-ci ildə Ukrayna və Azərbaycan bu günə qədər davam edən qarşılıqlı anlaşma yoluna qədəm qoyub. O zaman da, indi də ölkələrimiz öz dövlətçiliyini qorumaq üçün mübarizə aparır, eyni zamanda dostluq və tərəfdaşlıq körpüləri qurur".
Diplomat həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Ukrayna ümumi məqsəd və çağırışları olan strateji tərəfdaşlardır: "Biz Qara dəniz-Xəzər regionunda və bütün dünyada ədalətli sülh, sabitlik və rifaha can atırıq".
Səfir vurğulayıb ki, birlik təkcə əraziləri deyil, həm də insanları birləşdirən təməldir: "Bu çətin dövrdə həmrəyliyə və dəstəyə görə Azərbaycana minnətdarıq".
Daha çox xəbər:
İlham Əliyev Zelenskiyə məktub göndərdi
Gündəm / SiyasətZelenski İlham Əliyevi təbrik ETDİ
Gündəm / Siyasətİlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib
Gündəm / SiyasətZelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR...
Gündəm / Cəmiyyət“Ukrayna xalqına bundan sonra da yardım üçün hər cür səy göstərəcəyik”
Gündəm / Siyasət