Gündəm / Sosial
17 fevral 2025
0

Bu il yeni doğulan körpələrə ən çox qoyulan ADLAR

Bu il yeni doğulan körpələrə ən çox qoyulan ADLAR


Azərbaycanda 2025-ci ilin ilk aylarında uşaqlara ən çox verilən oğlan və qız adlarının siyahısı müəyyənləşib.

Bu barədə Ədliyyə Nazirliyinin adlar üzrə statistikası məlumatı dərc edib.

Bildirilib ki, 2025-ci il yanvarın 1-dən indiyədək 137 oğlana Uğur, 91 qıza isə Nilay adı qoyulub.

Siyahıda oğlan adlarında ikinci sırada Hüseyn (87), üçüncü sırada isə Yusif (86) yer alır.

Qız adlarında isə ikinci sırada Məryəm (87), üçüncü sırada isə Zəhra (81) qeyd edilib.

Qeyd edək ki, ötən il isə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə ən çox Zeynəb (1261) adı qoyulub.(Trend)