Gündəm
16 avqust 2020
29
Ermənistan sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub
Mlliinfo.az
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.Bu barədə Sonxeber.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Daha çox xəbər:
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub
GündəmErmənilər atəşkəs rejimini 45 dəfə pozub
GündəmErmənistan atəşkəs rejimini 35 dəfə pozub
GündəmSON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı
GündəmMN: Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 70 dəfə pozub
Gündəm