Gündəm / Siyasət / Dünya
20 avqust 2020
45
BMT Təhlükəsizlik Şurası Malidəki iğtişaşları qınadı
Milliino.az
BMT Təhlükəsizlik Şurası Malidə hərbçilərin qiyamından sonra həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbçiləri hərbi hissələrə qayıtmağa çağırıb.XeberOxu.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə edirlər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.
Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.
Daha çox xəbər:
“Ermənistanın hücumlarını şiddətlə qınayırıq” – Türkiyə Milli Təhlükəsizlik Şurası
Siyasət / Dünyaİrana qarşı silah sanksiyaları uzadılarsa qəti cavab veriləcək
Siyasət / DünyaAmerika İrana qarşı yeni hiyləyə əl atır
Gündəm / Siyasət / DünyaMeksika telekanalında Ermənistanın təxribatı faktları açıqlandı
Gündəm / DünyaTürkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub
Dünya