Gündəm / Siyasət / Hadisə
11 oktyabr 2020
49
Hikmət Hacıyev Gəncənin “Toçka-U”dan atəşə tutulduğunu açıqlayıb
Milliinfo.az
“Gördüyümüz kimi, müəyyən yalvarışlar edərək humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi və belə bir bəyanat da olmuşdu. Ancaq bunun ardınca dərhal Ermənistan silahlı qüvvələri tərəfindən çox təhlükəli bir silahdan – “Toçka-U” raket sistemindən istifadə edərək Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutub”.“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, ermənilərin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Daha çox xəbər:

Ermənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb
Gündəm / Hadisə
Hikmət Hacıyev: Ermənistanın mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir
Gündəm / Siyasət
FHN: "Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb"
Gündəm / Hadisə
Prezidentin köməkçisi: "Xankəndi ətrafındakı hərbi bazalar sıradan çıxarılıb"
Gündəm / Siyasət
Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / Siyasət