Gündəm / Hadisə
31 oktyabr 2020
57
Ermənistanın Bərdəyə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var
Milliinfo.az
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib.Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) XeberOxu.Az-a verilən məlumata görə, sahibkarlara dəymiş zərərlə yerində tanış olmaq məqsədilə oktyabrın 30-da KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Vergi Xidmətinin Baş idarə rəisi, vergi ombudsmanı Elçin Məmmədov və hər iki qurumun məsul əməkdaşları Bərdə şəhərində olublar.
Sahibkarlarla keçirilmiş görüşdə qeyd edilib ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdənin əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazini raket atəşinə tutması nəticəsində ilkin məlumatlara əsasən ticarət, ictimai iaşə və xidmət sahələrində fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyektinə ziyan dəyib. Bildirilib ki, Ermənistanın Bərdə şəhərinə hərbi təxribatı nəticəsində həlak olanlar arasında sahibkarlar da var. Hadisə baş verdiyi gündən KOBİA-nın yerli nümayəndələri tərəfindən sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsi və onlara ilkin dəstəyin göstərilməsi üçün müvafiq tədbirlər görülür.
Ümumilikdə isə indiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-ə yaxın sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər əsasən ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir.
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daha çox xəbər:
Multimedia Ermənistanın ikinci Bərdə terroru - FOTOREPORTAJ
Gündəm / HadisəErmənilərin Gəncəni atəşə tutmaları nəticəsində ölənlərin sayı artıb
Gündəm / HadisəAlmaniyada Ermənistanın terror və soyqırımı aktlarına görə cəzalandırılması tələb edilib
Gündəm / DünyaMultimedia MN: Düşmən Bərdə, Tovuz və Ağdam rayonlarının kəndlərini raket atəşinə tutur
HadisəQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib
Siyasət