Gündəm / Cəmiyyət / Sosial
02 dekabr 2020
47
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Milliinfo.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.
B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq 250, 230 və 210 manat müəyyən edilib.
Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406 75 85) yaradılıb.
B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.
Daha çox xəbər:
İlham Əliyev və Mehriban Əliyeva Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin təqdimatında iştirak ediblər
Gündəm / CəmiyyətŞəhid polkovnik dəfn olunub
GündəmŞəhid olan hərbçi ilə vida mərasimi keçirilir
GündəmŞəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO
Gündəm2 Şəhid, 5 yaralımız var – Azərbaycan MN
Gündəm