Gündəm
07 dekabr 2020
45
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı -VİDEO
Milliinfo.az
Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.XeberOxu.Az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Rüstəmov Ramil Elxan oğlunun sosial şəbəkərlərdə yaralı hərbi qulluqçulara və ailələrinə yardım məqsədilə edilən paylaşımları axtarıb tapması, həmin şəbəkələr üzərindən əlaqəyə girərək yazışmaqla onlara məxsus kartlara dair fərdi məlumatları öyrəndikdən sonra oradakı vəsaitləri ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Rüstəmov qeyd olunan cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hazırda araşdırmalar davam edir.

Daha çox xəbər:

DTX Mahir Quliyevlə bağlı məlumat yaydı
Siyasət
Təhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / Hadisə
DSX-nin vəzifəli şəxslərinin həbs müddəti artırıldı
Gündəm / Cəmiyyət
DTX vətəndaşlara müraciət etdi
Hadisə
DSX-də keçirilən əməliyyatla bağlı rəsmi məlumat - VİDEO
Siyasət / Hadisə