Gündəm
13 dekabr 2020
40
Azərbaycanda karantin rejimi nə zaman bitir? - VACİB AÇIQLAMA
Milliinfo.az
Azərbaycanda karantin rejimi nə zaman bitir? - VACİB AÇIQLAMAXəbər verdiyimiz kimi 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir. Bu gün hər kəsi maraqlandıran pandemiya ilə əlaqədar olaraq tədbiq edilən maska və karantin rejimin nə zamana kimi davam edəcəyidir.Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, yanvarın 18-nə kimi karantin rejiminin sərtləşdirilməsi yoluxmaların sayında özünün müsbət nəticəsini verəcəkdir:
"Əgər bu qərar verilməsəydi vəziyyət daha da ağırlaşa və yoluxan, ölənlərin sayı artma dinamikası ilə davam edəcəkdir. Gələn ilin aprel-may aylarına qədər pandemiya zəyifləyəcək. Maska və karantin rejimindən yalnız yoluxanların sayı minumuma düşdükdən sonra çıxmaq olar. Bu pandemiyanın bitəcəyi ilə bağlı hər kəsi müxtəlif fikirlər səsləndirir.
Kimisi bu virusun 2021-ci ildə, bəziləri isə 2022-ci ildə bitəcəyini söyləyir. Bununla bağlı dəqiq fikir səsləndirmək çətindir. Vaksin tapılandan sonra pandemiya ilə bağlı vəziyyət xeyli yüngüləşəcəkdir".
Daha çox xəbər:
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı
GündəmŞənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərməyəcək
GündəmBu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
SosialXüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
GündəmSərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır
Cəmiyyət