Gündəm / Cəmiyyət
02 iyul 2021
34
“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik Prezident və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən şəxslərlə bağlıdır.
Həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Daha çox xəbər:

Milli Məclis işsiz şəxslərə güzəşt edilməsinə dair sənədi təsdiqlədi
İqtisadiyyat / Sosial
Milli Məclis bu gün 10 məsələyə görə TOPLAŞIR
Gündəm / Siyasət
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb
Gündəm / Cəmiyyət / Sosial
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
Siyasət
İlham Əliyevdən "Əmək pensiyaları haqqında" sərəncam
Siyasət