Gündəm / Cəmiyyət
02 iyul 2021
49
Mehriban Əliyevadan Musa Yaqubun qəbirüstü abidəsi ilə bağlı TAPŞIRIQ

Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.
Bu barədə məlumatı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.
O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.
O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Daha çox xəbər:

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər
Gündəm
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyat
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər
İqtisadiyyat
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO
Gündəm / Foto
Prezident yeni təyin edilmiş icra başçısına töhmət verdi
Gündəm / Siyasət