Gündəm / Cəmiyyət
05 iyul 2021
23
SOCAR-dan Xəzərdəki partlayışla bağlı daha bir AÇIQLAMA
İyulun 4-də axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) heç bir sənaye obyektinə zərər dəyməyib.
Bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
Neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.
Daha çox xəbər:
SOCAR 2007-2019-cu illərdə İndoneziyaya 25,1 milyon ton neft təchiz edib
İqtisadiyyat"Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq"
Siyasət / İqtisadiyyat / SosialSOCAR partlayış baş verən əraziyə gəmi göndərib - RƏSMİ
Gündəm / CəmiyyətSTAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
İqtisadiyyat / Dünya"SOCAR Polymer" yanvar-sentyabrda ixracı 33% artırıb
İqtisadiyyat