Gündəm / Siyasət
06 iyul 2021
26
Prezidentdən Ermənistanın zərər vurduğu obyektlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon manat vəsait ayrılıb.

Daha çox xəbər:

Prezidentdən bu şəxslərlə bağlı VACİB SƏRƏNCAM
Siyasət
Prezident İlham Əliyev Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Siyasət
“Xanoba” gömrük postunda tikinti işlərinin aparılmasına 4 milyon manat ayrılıb
Siyasət / İqtisadiyyat
Onların maaşı 50 faiz artırıldı - Sərəncam
Gündəm
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,4 milyon manat ayrılıb
İqtisadiyyat