Gündəm / Cəmiyyət
07 iyul 2021
26
Heydər Əliyev prospektində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bu gündən Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyət iyulun 12-nə qədər qüvvədə olacaq.
Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Daha çox xəbər:

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılacaq
Sosial
Gecə 2 küçə və 1 prospektdə üfüqi nişanlanma xətləri yenilənəcək
Gündəm
Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq
Cəmiyyət
Bakı küçələrinin birindəDiqqətli olun, bu yol bağlı olacaq
Cəmiyyət / Sosial
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Gündəm