Gündəm / Cəmiyyət
08 iyul 2021
23
Bayram Səfərovun oğluna vəzifə verildi - FOTO

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.
Unikal.org-un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.


Daha çox xəbər: