Gündəm / Siyasət
09 iyul 2021
37
Xarici diplomatlar Füzuli və Şuşaya səfərə edir
Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
Milliinfo.az xəbər verir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.
Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.
Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.

Daha çox xəbər:

Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"
Gündəm
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Gündəm
Hikmət Hacıyev: “Düşmən Şuşa ətrafındakı meşələri ağ fosforla yandırıb”
Siyasət
Azərbaycan polisi Şuşada komendant rejimində fəaliyyətə başladı
Gündəm
Şuşa məscidində 28 ildən sonra namaz qılındı - VİDEO
Gündəm