Gündəm / Cəmiyyət
09 iyul 2021
40
“Patı” məsələsi Milli Məclisdə müzakirə edildi

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov ölkədə narkotik vasitələrin yayılması təhlükəsindən danışıb.
Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanda ucuz və daha təhlükəli narkotik vasitələr (“patı”) yayılır.
“Bu gün gənclər arasında “patı” deyilən maddənin istifadəsi adiləşib. Adam təəccüblənir. Dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir”, - deyə B.Məhərrəmov əlavə edib.
Deputat Azərbaycana narkotik vasitələrin İrandan gəldiyinə işarə edərək deyib:
“Bu zəhər Azərbaycana ən çox haradan gəlir? Bu, sirr deyil. Biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, oradan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlanılmır?”.
Deputat təklif edib ki, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyalar ciddi formada sərtləşdirilməlidir.

Daha çox xəbər:

Azərbaycanda narkotik alverçisini tutuldular
Hadisə
Bakıda jurnalist narkotik satarkən həbs edildi - POLİSDƏN XÜSUSİ ƏMƏLİYYAT
Hadisə
Bakıda narkotik satan “doktor” saxlanıldı - FOTO
Hadisə
İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirmək istədi
Gündəm / Hadisə
Evində narkotik yetişdirən Tovuz sakini saxlanıldı
Gündəm