Gündəm / Cəmiyyət
13 iyul 2021
32
Macarıstan Avropa İttifaqını Türkiyə ilə razılığa çağırdı
Macarıstanın Xarici İşlər və Xarici Ticarət Naziri Peter Szicarto, Avropa Birliyinin sığınacaq axtaranlarla bağlı Türkiyə ilə problemlərini bir an əvvəl həll etməsi lazım olduğunu bildirib.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Brüsseldəki görüşündə deyib.
Szicarto qeyd etdi ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün köç dalğalarının dayandırılması lazımdır.
NATO-nun Əfqanıstandan çıxarılmasının təhlükəsizlik problemi olduğunu vurğulayan nazir, nəticə kimi Əfqan xalqını yenidən köç etməyə məcbur etdiyini nəzərə çatdırıb. O, bu məsələnin həlli üçün Avropa Birliyinin Türkiyə ilə razılaşmalı olduğunu bildirib:
"Yeni miqrasiya təzyiqlərinin qarşısını almaq üçün Türkiyə ilə bütün immiqrasiya məsələləri ən qısa zamanda həll edilməlidir".
Daha çox xəbər:
Çinin xarici işlər naziri Avropaya səfər edəcək
Siyasət / DünyaTürkiyə Qafqaz regionunda vacib iştirakçıdır - Çavuşoğlu
Siyasət / DünyaAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətTürkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / DünyaXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / Cəmiyyət