Gündəm / Cəmiyyət
13 iyul 2021
34
Müharibə dövründə Qoşulmama Hərəkatı Azərbaycana hansı dəstəyi qazandırıb?
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə də ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu və ya digər hərbi bloka cəlb etmək üçün dəfələrlə dəvətlər və cəhdlər olub. Amma Azərbaycan müstəqil siyasət yürüdərək hər hansı bir blok çərçivəsində olmaq istəməyib”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından və təşkilatın fəaliyyətinin dövlətimizə faydalılığından danışan deputat deyib ki, Azərbaycanın qısa zamanda bu təşkilatda yüksək nüfuz qazanması iki il əvvəl onun Qoşulmama Hərəkatına sədr olmasına imkan verib:
“Buraya təkcə üçüncü dünya ölkələri deyil, Avropa və Amerikanın nüfuzlu, inkişaf etmiş ölkələri də üzvdür. Bu hərəkata üzv olmaq Azərbaycanın beynəlxalq birlikdə hər hansı bir öhdəlik götürmədən daha sərbəst hərəkət etməsinə, üçüncü dünya ölkələri ilə sıx əlaqələr yaratmasına səbəb oldu. Bu, həm siyasi, həm iqtisadi, həm də hərbi-texniki əməkdaşlıqdır”.
Daha çox xəbər:
Qoşulmama hərəkatı dövlət başçılarının video konfransına keçiriləcək
Gündəm / Siyasət / DünyaQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib
SiyasətHikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi
Siyasət"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"
Siyasətİlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Cəmiyyət