Gündəm / Cəmiyyət
16 iyul 2021
29
Ağdamda yeni hərbi hissənin açılışı olub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.
Qeyd edək ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.
Daha çox xəbər:
Azərbaycan Ali Hərbi Məktəbində 2020-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib
Gündəm / Sosial / Təhsilİlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi - YENİLƏNİB +Video
GündəmMadagizi işğaldan azad edən general: Hikmət Həsənov kimdir? - (DOSYE)
GündəmGeneral-leytenant: “Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır” - FOTO
Gündəm / CəmiyyətCəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib Cəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib
Siyasət