Gündəm / Siyasət
20 iyul 2021
45
Erməni silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutdu: Zabitimiz yaralandı - VİDEO
İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Daha çox xəbər:
Ermənilər dövlət sərhədi boyu mövqelərimizi ATƏŞƏ TUTDU
Gündəm / SiyasətErmənistan Naxçıvan istiqamətində təxribat TÖRƏTDİ
Gündəm / CəmiyyətSON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı
GündəmMN: Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 70 dəfə pozub
GündəmCəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumat
Siyasət / Dünya