Gündəm / Cəmiyyət
27 iyul 2021
53
YAP və AK Partiya Gənclər birliklərinin sədrlərinin görüşü keçirildi — FOTOLAR

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Gənclər Birliyinin sədri Eyüp Kadir İnan və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov arasında görüş keçirilib.
AK Partiya Gənclər Birliyinin sədri deyib ki, məqsəd xalqlarımız və dövlətlərimiz arasında münasibətləri inkişaf etdirməkdir.
E.K.İnan YAP Gənclər Birliyinin sədri və üzvlərini Türkiyəyə səfərə dəvət edib.
B.İslamov bildirib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər arasında əlaqələrin inkişaf etdirməsinin vacib olduğunu bildiriblər:
“İki partiyanın gənclər təşkilatlarının münasibətlərinin inkişaf etməsi önəmlidir. Azərbaycan və Türkiyədə gənclər arasında əlaqələri gücləndirdikdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan və Türkiyə gənclərinin şəbəkələşməsini təmin edə bilərik. Əsas məqsəd Türkiyə və Azərbaycan gəncliyini vahid amal ətrafında birləşdirməkdir ki, bu dostluq, qardaşlıq gələcək nəsillərə bir miras kimi qalsın”.
Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.(apa.az)








Daha çox xəbər:

Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Cəmiyyət
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
İdman
Prezidentin köməkçisi beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşdü - FOTO
Gündəm / Siyasət
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
İqtisadiyyat
"Yüksək səviyyəli səfərlərin təşkilində iştirak edəcəyik” - Ərdoğan
Gündəm / Dünya