Gündəm / Cəmiyyət
29 iyul 2021
46
Avtomobillərin arxa şüşəsinə bunların vurulması qanunsuzdur - DYP
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur ki, bu da bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir".
Daha çox xəbər:
Avtomobillərdə pərdə qadağası dövrü başa çatır
GündəmAvtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? - DYP-dən AÇIQLAMA
CəmiyyətBu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq
GündəmDYP-dən Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətBu qaydaları pozmaq olmaz – DYP-dən SƏRT XƏBƏRDARLIQ
Sosial