Gündəm
31 iyul 2021
20

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul”

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul”

Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.

ARB-də yayımlanan “Elgizlə izlə” verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.

Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:

“Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm: Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!”

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.