Gündəm / Cəmiyyət
09 avqust 2021
46

"Münasib yol yaratmamısansa, niyə cərimə pulu alırsan?" - Deputat BNA-nı TƏNQİD ETDİ

"Münasib yol yaratmamısansa, niyə cərimə pulu alırsan?" - Deputat BNA-nı TƏNQİD ETDİ
“Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan?”

Bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili BNA-nı sərt tənqid edərək qurumun vətəndaşı soyduğunu bildirib:

“Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır?”