Gündəm / Cəmiyyət
12 avqust 2021
15
Vətəndaşların NƏZƏRİNƏ: Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı YENİLİK
Vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, neqativ halların aradan qaldırılması, eləcə də məhkəməyə daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək cavablandırılmasında operativliyin təmin edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb.
Belə ki, “Çağrı Mərkəzi” həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz rejimdə fəaliyyət göstərir.
Məhkəməyə üz tutan vətəndaşlar müraciətlərini (99412) 526 26 26 və 1926 qısa nömrəsi ilə çağrı mərkəzinin “Qaynar Xətt”inə ünvanlaya bilərlər.
Daha çox xəbər:
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib
SiyasətDMX sentyabrda hazırkı qaydada işləyəcək
---Həyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi
CəmiyyətBakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü — FOTO
Gündəm / Hadisəİcazə xidməti ilə bağlı mühüm yenilik - Bu gündən qüvvəyə minir
Cəmiyyət / Sosial