Gündəm / Dünya
13 avqust 2021
28
"Əfqanıstan mövzusunda danışıqlar prosesi yenidən başlanmalıdır" - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda baş verən son hadisələrlə bağlı açıqlamalar verib.
Bu barədə nazir Rostov vilayətinin Sambek kəndində sakinlərlə görüş zamanı jurnalistlərin suallarını cavablayıb. Belə ki, Lavrov, "Taliban" ın sürətlə irəlilədiyi Əfqanıstanda vəziyyətin "pis" olduğunu və danışıqlar prosesinin yenidən başlayacağını söyləyib.
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi proseslərin tərəfdarıyıq. Təəssüf ki, proseslər yavaşladı. Əfqanıstan hökuməti iki il ərzində danışıqların bərpası ilə maraqlanmadı. Təəssüf ki, "Taliban" ölkədəki vəziyyəti hərbi yolla həll etmək qərarına gəldi. Əfqanıstan mövzusunda danışıqlar prosesinin yenidən başlamasına ehtiyac var. Əfqanıstandakı vəziyyətin Orta Asiya bölgəsinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatımızın ərazisinə keçə biləcəyindən narahatıq".
Daha çox xəbər:
Dohada Əfqanıstan hökuməti və "Taliban" arasında sülh danışıqları başlayıb
Siyasət / DünyaLavrov Rusiyanın Əfqanıstana ordu yeritmək ehtimalından danışdı
Gündəm / CəmiyyətSergey Lavrov: "ABŞ-la Rusiya tezliklə təmas quracaq"
Siyasət / DünyaƏfqanıstanda terror aktı törədilib, 18 hərbçi öldürülüb
DünyaSergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Siyasət / Dünya