Gündəm / Siyasət
17 avqust 2021
11
"Bölgənin əsl adı Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır" - Prezident

"Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Və beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq üçün və özləri üçün gediş-gəlişi daha dahat etmək üçün bu yolu çəkdilər".
Bunu Prezident İlham Əliyev Kəlbəcər rayonunda deyib.
"Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışdılar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur.
Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilməlidir", - dövlət başçısı bildirib.

Daha çox xəbər:

"Kəlbəcər-Laçın yolu ən yüksək səviyyədə qurulacaq" - Prezident
Gündəm / Siyasət
Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU
Gündəm / Siyasət
Ermənistan yenidən Kəlbəcərdə təxribat törətdi - İki hərbçimiz yaralandı
Sosial
Ermənilər dövlət sərhədi boyu mövqelərimizi ATƏŞƏ TUTDU
Gündəm / Siyasət
Prezidentdən Kəlbəcər və Laçınla bağlı SƏRƏNCAM
Gündəm / Siyasət