Gündəm / Cəmiyyət
18 avqust 2021
37
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır
Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə başlanılır.
Müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Onlar üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Daha çox xəbər:

MİQ imtahanlarının nəticələri AÇIQLANDI
Gündəm / Cəmiyyət
Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu
Gündəm / Cəmiyyət
MİQ-də müsahibə mərhələli şəkildə keçiriləcək
Gündəm / Təhsil
BŞTİ: Rus bölməsi üzrə canlı müsahibə üçün müraciət edənlərə iyunda bildiriş göndəriləcək
Təhsil
Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə onlayn müsahibələrin keçirilməsinə başlanılıb
Siyasət