Gündəm / Dünya
19 avqust 2021
18
Çavuşoğlu Əfqanıstandakı son vəziyyətdən DANIŞDI
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Əfqanıstandakı son vəziyyətdən söz açıb.
Nazir Türkiyənin “Taliban”la təmaslarından danışaraq bildirib ki, hazırda müxtəlif kanallarla əlaqə saxlanılır:
"Həm Kabildə, həm də Dohada təmaslarımız var. İndi bunun olması da lazımdır. Qruplaşma Kabilə girmədən əvvəl siyasi qanadı Türkiyəyə dəvət etmişdik. Bilirsiniz ki, hava limanı ilə bağlı fikir ayrılıqları var idi. Əfqanıstanda təqribən 1 500 vətəndaşımız var. Təxliyə işləri davam edir, amma onların hamısı qayıtmaq istəmir. Fikrini dəyişənlər var. Əvvəlcə hökumətin necə qurulacağını görmək lazımdır. Bu mövzuda mövqeyimizin eyni olması üçün bütün ölkələrlə görüşürük. Beynəlxalq birliklə birgə hərəkət edəcəyik. Hazırda ABŞ, Çin və Rusiya ilə həmfikirik”.
Daha çox xəbər:
Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı
Gündəm / Siyasət“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” - MÜSAHİBƏ
Gündəm / SiyasətDohada Əfqanıstan hökuməti və "Taliban" arasında sülh danışıqları başlayıb
Siyasət / DünyaTürkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib
Gündəm / SiyasətÇavuşoğlu İlham Əliyevə təşəkkür etdi
Gündəm / Siyasət