Gündəm / Cəmiyyət
23 avqust 2021
33
Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə BURAXILACAQ
Sentyabrın 1-dən koronavirus infeksiyasına qarşı birinci doza peyvənd olunan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaq.
Bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, bu proses sentyabrın sonuna qədər davam edəcək:
"Sentyabrın 1-dən etibarən peyvənd olunmayan şəxslərin bu obyektlərə girişi qadağan ediləcək. Peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. Çünki bu prosesə məsuliyyəti həmin obyektin sahibi daşıyır. Ona görə də obyekt sahibi bu məsələdə məsuliyyətli olmalıdır. Hər hansısa obyektə daxil olan şəxs ən azı birinci dozanı qəbul etməlidir. Oktyabrın 1-dən isə iki doza peyvəndi qəbul etməyən şəxslərin bu tip obyektlərə buraxılması qadağandır".
Daha çox xəbər:
Bu obyektlərdə mülki geyimdə polislər də yoxlama aparacaq
Gündəm / SiyasətOperativ Qərargahdan yeni qərarlar - Rəsmi
Gündəm / CəmiyyətBu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ
Gündəm / CəmiyyətSabahdan Azərbaycanda toylar başlayır
Gündəm / Cəmiyyət“İki doza peyvənd olunanlar arasında ölüm halına təsadüf edilməyib”
Gündəm / Cəmiyyət