Gündəm / Hadisə
23 avqust 2021
156
Bakıda polis maşını qəzaya düşdü

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.
Milliinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 00:10 radələrində, Biləcəri qəsəbəsi, Füzuli küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramiz Rafiq oğlu Ələkbərov idarə etdiyi “Toyota” markalı 10 TX 389 nömrəli avtomobillə Rayon Mühafizə İdarəsinin (RMİ) polis serjantı, 1987-ci il təvəllüdlü Bəhruz Rəcəb oğlu Cəfərovun idarə etdiyi “Volksvagen” markalı 99 AP 148 nömrəli avtomobili vurub.
Qəza nəticəsində “Volksvagen” markalı avtomobilin ön hissəsi əzilib, xəsarət alan olmayıb.
Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbər:

Azərbaycanda AĞIR QƏZA: Məhbus daşıyan maşın qəzaya düşdü - İki polis yaralandı
Hadisə
Bakı-Ələt yolunda DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı
Gündəm / Cəmiyyət
Bakıda dəhşətli yol qəzası: “Range Rover”lə piyadanı vurub yolun ortasına atdı
Sosial
Bakıda sərnişinin bir səhvi böyük qəzaya səbəb oldu - VİDEO
Hadisə
Bakıda süpürgəçi qadının dəhşətli ölümü barədə - YENİ XƏBƏR
Hadisə