Gündəm / Dünya
24 avqust 2021
23
"ABŞ və Fransa Rusiyanın Cənubi Qafqazdakı rolunu azaltmaq məqsədi güdür" - TƏHLİL
Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Ararat Mirzoyan ilk təmasını separatçıların başı Araik Arutyunyanla gerçəkləşdirib. Mirzoyan Arutyunyanla Qarabağ məsələsini və sərhəddəki vəziyyəti müzakirə ediblər. Ermənistan XİN-dən verilən məlumata görə, görüş zamanı Qarabağdakı vəziyyət, humanitar və sosial problemlərin həlli ilə bağlı söhbətlər aparılıb.
Mirzoyan və Arutyunyan növbəti dəfə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində bölgədəki proseslərin uzunmüddətli və “ədalətli siyasi həllin” axtarılmasının vacibliyini vurğulayıblar. Həmçinin, Qarabağ xalqının öz qondarma “vətənində” müqəddəratını həll etmək və yaşamaq hüququnun tanınmasının önəmi xüsusi qeyd olunub. Mirzoyan erməni xalqının “tarixi torpağı” olan Qarabağa geri dönəcəyini bəyan edib.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, bu görüş İrəvan hökumətinin ikili oyun oynadığının göstəricisidir. Politoloq xatırladıb ki, Mirzoyan-Arutyunyan təması Paşinyan-Makron telefon danışığından sonra baş tutub:
“ATƏT-in Minsk qrupunu reanimasiyadan çıxartmaq cəhdləri ortadadır. ABŞ və Fransa Rusiyanın Cənubi Qafqazdakı rolunu azaltmaq məqsədi güdür. Ermənistan siyasi manevr edərək həmsədrlik institutunu diriltməyə çalışır. Əslində indiki halda Ermənistanın ATƏT-ə ehtiyacı yoxdur. Amma Paşinyan çox gözəl anlayır ki, Rusiyanın imperiya maraqları genişlənməkdədir. İrəvan hökuməti fərqindədir ki, Moskva Ermənistandan Azərbaycana və Gürcüstana qarşı istifadə etmək niyyətindədir. Görünür, son günlər Kremlin İrəvana təzyiqi artıb. Rusiya daxilində gedən müzakirələrə görə, yaxın aylarda hakimiyyətə imperialistlər gələcək. Hakimiyyətə gələcək şəxslər arasında XİN rəhbəri Sergey Lavrovun adının hallanması Paşinyan hökumətini ciddi düşündürür. Rusiyanın daha da aqressivləşməsi Ermənistanın tamamilə vassal olması, olan-qalan müstəqilliyini itirməsi anlamına gəlir. İrəvan hökuməti özünü proseslərdən sığortalamağa çalışır”.
Müsahibimiz vurğulayıb ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi orada yaşaya bilərlər. Amma ermənilərin öz “müqəddəratını həll etməsi” artıq nağıldır:
“Bunu həyata keçirmək üçün hansısa inzibati ərazi yoxdur. İkincisi, Azərbaycan heç cürə imkan verməyəcək ki, 20-30 min erməni üçün hansısa inzibati ərazi formalaşdırılsın. Üçüncüsü də, ermənilər belə bir sevdaya düşsələr indi qaldıqları ərazilərdən də çıxarılacaq. Rusiya sülhməramlıları bunun qarşısını ala bilməyəcək. Yəni Ermənistanla bağlı bütün ziddiyyətlərin qaynağı Rusiyadır.
Moskva qeyri-səmimi hərəkət edir. Əsas məqsəd Azərbaycanı qarışdırmaqdır. Hökumətdə və parlamentdəki 5-ci kolonun üzvləri də məhz o məqsədlə fəallaşıblar. Rusiya və onun tərəfdarlarına qarşı açıq mübarizəyə qalxmaq lazımdır.
Rusiyanın əlaltıları dərhal hakimiyyətdən uzaqlaşdırılmalıdır. Onlara ən kiçik şans belə vermək olmaz. Müstəqilliyə səs vermiş istiqlalçı deputat kimi həyəcan təbili çalıram.
İnanıram ki, budəfəki imtahandan da üzüağ çıxacağıq. Mediamız da fəal olmalıdır. Azərbaycanın yenidən 200-300 il əsarətə düşməsinə qətiyyən imkan verməməliyik”.
Daha çox xəbər:
Rusiya XİN-dən Azərbaycanın kəskin etirazına reaksiya
SiyasətAzərbaycan Prezidentin köməkçisi canlı yayımda Ermənistan XİN başçısının yalanlarını ifşa etdi
Siyasət“Şərq Tərəfdaşlığı” sammiti: Paşinyan növbəti dəfə dilinin bəlasına düşdü - TƏHLİL
DünyaAzərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
SiyasətSəfirlər Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Siyasət / Dünya