Gündəm / Foto
31 avqust 2021
39
Yola yağ dağıldı, “20 Yanvar” dairəsi bağlandı - Fotolar
Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Milliinfo.az Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.
Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.
Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Daha çox xəbər:

“Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
İqtisadiyyat
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Gündəm
Paytaxtın sıxlıq yaranan küçə və prospektlərinin SİYAHISI
Gündəm / Sosial
Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
Gündəm / Cəmiyyət
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Gündəm