Gündəm / Cəmiyyət
03 sentyabr 2021
79
“YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - Fotolar
“YAŞAT” Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.
Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.
Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.
Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494- ü oğlan, 376-sı isə qızdır.
“YAŞAT” Fondu yeni tədris ilində bütün məktəblilərə uğurlar arzulayır.





Daha çox xəbər:

“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / Sosial
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
Mədəniyyət
İnformatika fənn üzrə müəllimlərin işə qəbulu başlayır
Gündəm / Cəmiyyət
Təhsil Nazirliyi nümunəvi qardaşlara dəstək verdi - FOTO
Təhsil
Prezident şəhid jurnalistlərin ailələrinə mənzil hədiyyə etdi
Gündəm / Siyasət