Gündəm / Cəmiyyət
09 sentyabr 2021
24
Bu gün imtahan var
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirir.
Mərkəzdən bildirilib ki, sentyabrın 9-da, həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.
Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil ediləcək imtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.
Daha çox xəbər:
Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün növbəti şans
Gündəm / CəmiyyətBuraxılış imtahanlarında iştirak edə bilməyənlərin NƏZƏRİNƏ
Gündəm / CəmiyyətBu gün 17 mindən çox abituriyent imtahan verəcək
Gündəm / CəmiyyətBu gün imtahan var
Cəmiyyətİyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə
Təhsil