Gündəm / Cəmiyyət
10 sentyabr 2021
17
Sabah küçəyə çıxmaq tövsiyə edilmir
Azərbaycanda koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Daha çox xəbər:
Bakı sakinlərinə XƏBƏRDARLIQ: Bu tarixdə küçəyə çıxmayın
Gündəm / CəmiyyətBakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Cəmiyyət / SosialBakı Şəhər İcra Hakimiyyəti bir sıra rayonların başçılarına İRAD BİLDİRDİ
Gündəm / CəmiyyətFHN dezinfeksiya işlərini davam etdirir - VİDEO
Cəmiyyət / SosialBu yollarda istiqamət dəyişdi
Sosial