Gündəm / Cəmiyyət
17 sentyabr 2021
25
Rusiya Dövlət Dumasına seçkilər başlayıb
Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.
Seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb.
Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq.
450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb.
Pandemiya ilə bağlı parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı azlıq təşkil edir. Seçkiləri müşahidə etmək üçün Rusiyaya dəvət olunan müşahidəçilər arasında MDB müşahidəçilər missiyasının tərkibində Milli Məclisin deputatları da var.
Yekun nəticə oktyabrın 4-də elan olunacaq

Daha çox xəbər:

Azərbaycanlı deputatlar Rusiyada seçkiləri izləyəcəklər
Gündəm / Cəmiyyət
Milli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / Dünya
Donald Tramp: Seçkilər qətiyyən təxirə salınmayacaq
Siyasət / Dünya
Polşada prezident seçkilərinin ikinci turu başlayıb
Dünya
Bakıda 300 xarici iştirakçının qatılacağı turizm tədbiri keçiriləcək
İqtisadiyyat / Dünya / Mədəniyyət