Gündəm / Dünya
21 sentyabr 2021
24
Azərbaycanda TEKNOFEST təşkil olunacaq - Bayraktar açıqladı
“Bu il Aviasiya, Kosmik və Texnologiya Festivalına (TEKNOFEST) Azərbaycandan əvvəlki illərdən daha çox iştirakçı qatılıb”.
Bunu Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST-in builki təqdimatında deyib.
“Xüsusən Qarabağ zəfərindən sonra iştirak artıb. Azərbaycanlı pilotların idarə etdiyi MIG-29 təyyarələrinin iştirakı ilə İstanbul boğazı səmalarında türk təyyarələri ilə birgə möhtəşəm bir nümayiş gerçəkləşdirildi.
2022-ci ildə Azərbaycanda da TEKNOFEST təşkil olunacaq”, - Bayraktar bildirib.
Qeyd edək ki, “TEKNOFEST-2021” festivalı 21-26 sentyabr tarixlərində İstanbulda baş tutacaq.

Daha çox xəbər:

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək - FOTO
Gündəm / Dünya
“Caliber”: “Ermənistan “Bayraktar TB2” PUA-larının “qatil”ini əldə edəcəkmi?” - VİDEO
Gündəm / Cəmiyyət
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Siyasət
“Nar bağı” filmi beynəlxalq festivalda nümayiş olunacaq
Mədəniyyət
Azərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində
Gündəm / Cəmiyyət