Gündəm / Cəmiyyət
24 sentyabr 2021
31
Keçmiş nazir MÜFLİSLƏŞİB: Oğlu Londondakı şirkətini BAĞLADI... - Büdcədən oğurlananların izi ilə...
Sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu – 1979-cu il təvəllüdlü Lətif Bağırov tərəfindən 8 il əvvəl Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Nordfields Properties Limited” şirkəti 3 gün əvvəl fəaliyyətini dondurduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Londonda “Buchanan Arms Hotel, 23 Main Street, Drymen, Glasgow G63 0BQ” ünvanında yerləşən şirkət 55 gündür hesabat vermir.
Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatda qeyd olunur ki, şirkət 2020-ci ilin hesabatanı 31 iyul 2021-ci il tarixinə kimi təqdim etməli olduğu halda, etməyib.
Şirkətin sonuncu hesabatı 2019-cu ilə aiddir. Həmin hesabatda isə şirkətin 4,78 milyon funt-sterlinq borcunun olduğu qeyd olunub.
2015-2017-ci illərdə bu şirkətə Hüseynqulu Bağırovun 1989-cu il təvəllüdlü qızı Sevinc Bağırova da rəhbərlik edib.
Onu da bildirək ki, bu şirkət Hüseynqulu Bağırovun övladlarının xarici ölkələrdəki çoxsaylı şirkətlərindən biridir.
Lətif Bağırov və Sevinc Bağırova eyni zamanda aşağıdakı şirkətlərə də rəhbərlik ediblər:
- “Nordfıelds Management Lımıted” - Böyük Britaniya
- “Nordfıelds Hospıtalıtıes Ltd” - Böyük Britaniya
- “Nordfıelds Investment Lımıted” - Böyük Britaniya
- “Stamına Investments Lımıted” – Böyük Britaniya
- “Romerstal Investment Lımıted” - Böyük Britaniya
- “Lloyd Mckenzıe Lımıted” - Böyük Britaniya
- “Wu Traınıng Centre Uk Ltd” - Böyük Britaniya
- “Turnkey Solutıons Lımıted” - Böyük Britaniya
- “Derean Lımıted” - Böyük Britaniya
- “Reander Lımıted” - Böyük Britaniya
- “STS Turizm ve Otelcilik İnşaat Limited” - Türkiyə
- “Lıegenschaftsverwertungs GmbH” - Avstriya
- “Wu Immo Center GmbH” - Almaniya
- “Isla Investment, S.R.O.” – Çexiya
- “Welgear Investments Lımıted” - Kipr
Daha çox xəbər:
Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb
İqtisadiyyatTürkiyədə azərbaycanlılara "qadağa qoyan" şirkət - Barədə daha ətraflı məlumatı izləyin
CəmiyyətÇin şirkəti Azərbaycanda "yaşıl enerji"nin istehsalında iştirak etməyi planlaşdırır
İqtisadiyyat / Dünya“Potensial təhlükələr nəzərə alınır” - SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
CəmiyyətDTX-nin həbs etdiyi yüksək vəzifəli məmurun rüşvət etirafları
Gündəm