Gündəm / Siyasət
27 sentyabr 2021
27
Birinci vitse-prezident: "Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq"
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda deyilir:
""Əziz bacılar və qardaşlar!
Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!".
Daha çox xəbər:
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
Gündəm / SiyasətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər
GündəmDağ Yəhudiləri Dini İcması şəhidlərin xatirəsini yad etdi – VİDEO
CəmiyyətMehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı PAYLAŞIM
Gündəm / ŞouMehriban Əliyeva: Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında
Siyasət