Gündəm / Siyasət
30 sentyabr 2021
24
Ərdoğan Füzuli aeroportunun açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində deyib.
“İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam etdirilir. Bir ildə əldə edilən nəticəni görsəniz, qürur duyarsınız. Füzuli aeroportunun inşası bitmək üzrədir. Yaxın vaxtlarda hava limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə qatılacaq”, - dövlət rəsmisi bildirib.
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib və sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.

Daha çox xəbər:

Ərdoğan: "Qarabağ işğaldan tam azad olunanadək bu mübarizə davam edəcək"
Siyasət / Dünya
"Yüksək səviyyəli səfərlərin təşkilində iştirak edəcəyik” - Ərdoğan
Gündəm / Dünya
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
İqtisadiyyat
Ərdoğan İraqa səfər edəcək Xarici 29 Aprel, 2019 13:34
Siyasət
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Siyasət / Dünya