Gündəm / Cəmiyyət
01 oktyabr 2021
23

Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan islahatlarından DANIŞDI

Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan islahatlarından DANIŞDI

"Dövlət başçısının müdrik tövsiyələri rəhbər tu­tulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin re­allaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür".

Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Xəlq qəzeti"nə müsahibəsində bildirib.

"Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırıl­ması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırıl­ması məqsədilə Azərbaycan Respubli­kası Hərbi Prokurorluğunun yeni struk­turu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnolo­giyaları şöbəsi birləşdirilərək Krimina­listika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır", - Hərbi prokuror deyib.

X.Vəliyev əlavə edib ki, sadalananlarla bərabər, prokurorlu­ğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb: "O cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferala­rın tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun “İşin Təşkili Qaydaları” hazırlanmış­dır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur".