Gündəm / Siyasət
07 oktyabr 2021
34
Ceyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik.
Biz post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna ermirik.
Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər.
Daha çox xəbər:
Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşdü
Gündəm / SiyasətCeyhun Bayramov Rusiyaya səfər edəcək
SiyasətAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətAzərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı Ermənistana CAVAB
Gündəm / CəmiyyətİRANIN XARİCİ İŞLƏR NAZİRLİYİNİN AÇIQLAMASI
Cəmiyyət