Gündəm / İqtisadiyyat
07 oktyabr 2021
35
Azərbaycanda siqaret BAHALAŞACAQ? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Rusiyada siqaretin qiyməti bahalaşıb. Belə ki, 135 rubl dəyərində olan siqaretlərin qiyməti 140-145 rubl arası olub. Həmçinin, qardaş ölkə Türkiyədə də siqarətin qiymətində artım müşahidə edilib. "Philip Morris SA" qrupuna aid siqaretlər ortalama 6,25 faizlə 1 TL artıb.
Bəs görəsən, qonşu ölkələrdə olan bu qiymət artımı ölkəmizə necə təsir edəcək?
Məsələ ilə bağlı Unikal.org-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan geniş həcmli olmasa da, Türkiyə və Rusiyadan siqaret məhsullarını idxal edir: “Təbii ki, qiymət artımı idxal olunan həmin məhsulların qiymətində öz əksini tapa bilər. Lakin il ərzində ölkəmizdə artıq iki dəfə tütün məhsullarının qiymətində artım baş verib. İndiki şərtlər daxilində qiymətlərin bahalaşması alıcılıq gücünü zəiflədəcək faktorlardan biri ola bilər. Nəticədə, daha keyfiyyətsiz və aşağı qiymətli məhsullara doğru tələbin sürüşməsinə və qaçaqmalçılıq yolu ilə məhsulların ölkəyə gətirilməsi cəhdlərinin artmasına gətirib çıxara bilər”.
İqtisadçının sözlərinə görə, bu gün ölkədə istehlak olunan tütün məhsullarının 85 faizindən artıq hissəsi yerli istehsal hesabına formalaşır: “Bu, idxal olunan məhsulların qiymətinin artırılmasında maneə hesab oluna bilər. Çünki idxalçılar məhsullarına tələbin aşağı düşməsindən çəkinərək, öz mənfəət normalarından qismən imtina etməklə qısa müddətli dövrdə qiymətin bahalaşmasının qarşısını ala bilər. Lakin orta və uzun müddətli dövrdə bu istiqamətdə yaranmış təzyiqlər qiymət artımına gətirib çıxaracaqdır”.
Daha çox xəbər:
Azərbaycanda evlər bahalaşacaq - Qiymət artımı nə qədər olacaq?
Gündəm / İqtisadiyyatSOCAR benzinin bahalaşmasının səbəbini AÇIQLADI
Gündəm / DünyaTürk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
İqtisadiyyatBütün məhsulların qiymətində artım var... - NƏ BAŞ VERİR?
Gündəm / İqtisadiyyatAzərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama
Gündəm