Gündəm / Cəmiyyət
08 oktyabr 2021
38
Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI
Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.
Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə çalışıb.
Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

Daha çox xəbər:

Vilayət Eyvazov DYP rəisini vəzifəsindən azad etdi - Yeni təyinat
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov polkovniki İŞDƏN ÇIXARDI - FOTO
Gündəm / Cəmiyyət
Əli Həsənovun işdən çıxarılan qaynının yerinə TƏYİNAT
Gündəm / Cəmiyyət