Gündəm / Hadisə
15 oktyabr 2021
16
Bakıdakı qəzada ölən İlham həmin gün evdə olmalıymış... - Fotolar
Məlum olduğu kimi, oktyabrın 13-də Bakıda yük maşını və sərnişin avtobusunun iştirakı ilə baş verən dəhşətli qəza zamanı ölən 5 nəfərdən 4-ü yol kənarında dayanan şəxslər olub.
“Qafqazinfo” faciəvi qəzada ölən 5 nəfərdən biri İlham Aslanov barədə bəzi məlumatları əldə edib.
İlham əslən Gədəbəydən olsa da, ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. İki il öncə ailə həyatı quran İlhamın bu evlilikdə Yusif adlı övladı dünyaya gəlib.
Məlumata görə, İlham Aslanov fəhlə kimi çalışırmış. Hadisənin baş verdiyi gün o, elə bu məqsədlə səhər saatlarında evdən çıxıb.
İş burasındadır ki, həmin gün İlhamın iş günü olmayıb. Sadəcə, iş yoldaşı İlhamdan onu üç gün əvəz etməsini xahiş edib. İlham da əlavə gəlirə görə bu xahişlə razılaşıb.



Daha çox xəbər:

17 yaşlı yeniyetmənin törətdiyi dəhşətli qəzada ölən var – Video
Hadisə
Bakıda dəhşətli qəzada ölənlərin GÖRÜNTÜLƏRİ YAYILDI (VİDEO)
Video
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Hadisə
Azərbaycanda AĞIR QƏZA: Ölən var
Hadisə
Bakıda dəhşətli qəzanın görüntüsü: Piyada göyə uçdu
Hadisə