Gündəm / Cəmiyyət
19 oktyabr 2021
23
Media islahatları haqda fərmanda dəyişiklik edildi
Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.
Milliinfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb.
Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.
Fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.
Fərmanla İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib. Bundan əvvəl icraçı direktorun 2 müavini var idi.

Daha çox xəbər:

Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılır
Gündəm / Sosial
Prezident Koordinasiya Mərkəzində Müşahidə Şurasının üzvlərinin sayını artırdı
Gündəm / Siyasət
Prezident FƏRMAN imzaladı
Gündəm / Siyasət
Bu gün Türk Şurası ölkələrinin media nümayəndələri Şuşada səfərdə olacaq
Gündəm / Cəmiyyət
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
Gündəm / Cəmiyyət