Gündəm / Cəmiyyət
01 noyabr 2021
32
Türk Şurasına üzv dövlətlərin Baş prokurorları Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şurasının ilk iclası keçiriləcək.
Milliinfo.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş prokurorları Şəhidlər xiyabanını da ziyarət edib.
Qeyd edək ki, iclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub. İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının baş prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edəcəklər.
Daha çox xəbər:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirilib
CəmiyyətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyatAK Partiyanın nümayəndə heyəti Fəxri xiyabanı ziyarət etdi
Gündəm / SiyasətAzərbaycanla Türk Şurası arasında əməkdaşlıq müzakirə olunub
Siyasət / DünyaUkrayna Azərbaycanla yeni saziş bağlayacaq
Siyasət / Dünya